29 Aprel 2024
Xalq Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
22-26 aprel tarixlərdə Azərbaycan Respublikasının Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfəri baş tutub.
Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutan, bank və maliyyə sektoru üzrə təcrübə mübadiləsi və bu sahədə əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunan səfərdə Xalq Bankın İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Kamran Məcidov da iştirak edib.
Səfər çərçivəsində baş tutan işgüzar görüşlərdə ABŞ bankları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi imkanları müzakirə edilmiş, ticarətin maliyyələşdirilməsi, ABŞ bank sektorunda yeni inkişaf trendləri və digər mövzularda fikir mübadilələri aparılmışdır.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.v