XalqOnline

Dili dəyiş

az

E-PİN

E-pin xidməti ilə Xalq Bankdan əldə etdiyiniz yeni karta istədiyiniz PIN kodu təyin edə bilərsiniz. Xidmətə qoşulma və əməliyyatların təhlükəsizliyi tam qorunur. Xidmət pulsuzdur.

E-pin xidmətindən istifadə veb səhifə üzərindən və Xalq Banka məxsus ATM-lərdən mümkündür.

Veb səhifə vasitəsilə PIN kodun daxil edilməsi:

  • Müştəri https://reg.azericard.com/pin_xalq səhifəsinə keçid edərək kart məlumatlarını daxil edir (kartın üzərindəki 16 rəqəm, bitmə tarixi və CVV kodu);

  • Kart sahibinin mobil nömrəsinə şifrələnmiş kod göndərilir (Məs.: 1**524*14*);

  • Növbəti pəncərədə SMS-lə daxil olmuş kodda ulduzların yerinə kartı üçün təyin etmək istədiyi PIN kodu yazaraq “Doldurulmuş rəqəm sırası” xanasına əlavə edir. (Məs.: Yeni PIN kod 8888 təyin olunduğu halda 1885248148 yazılır);

  • PIN kod uğurla təyin edilmişdir.

ATM vasitəsilə PIN kodun təyin olunması:

  • Kart sifariş olunduqdan sonra kart sahibinin mobil nömrəsinə müvəqqəti PIN kod göndərilir;

  • Müştəri plastik kartı Xalq Bankın ATM-nə daxil edərək E-pin bölməsinə keçid edir;

  • Müvəqqəti PIN kodu daxil edir;

  • Açılan növbəti pəncərədə öz istədiyi PIN kodu daxil edir;

  • Yeni təyin etdiyi PIN kodu təkrarən daxil edir;

  • PIN kod uğurla təyin edilmişdir.