XalqOnline

Dili dəyiş

az

Xalq Bank müştərilərinə ən müasir texnoloji həllər əsasında qurulmuş XalqOnline internet bankçılıq sistemini təqdim edir. Bankın filiallarında müştəriyə təklif olunan bank xidmət və məhsullarından distant və təhlükəsiz şəkildə, 24/7 rejimində XalqOnline sistemi vasitəsilə yararlanmaq mümkündür.

Banka gəlməyə, tıxac və növbələrdə vaxt itiməyə ehtiyac yoxdur, internet olan hər yerdə müasir, geniş imkanlara malik bank texnologiyasından rahatlıqla istifadə edə bilərsiniz.

Rahat, çevik və sürətlidir!

Yenilənmiş sistem fiziki və hüquqi şəxslərə bir platforma daxilində xidmət göstərir. Siz şəxsi kabinetinizi yaratmaqla buradan həm fərdi, həm də korporativ hesablarınızı idarə edə bilərsiniz.

XalqOnline dünyanın istənilən nöqtəsindən ölkədaxili və beynəlxalq pul köçürmələri, kommunal ödənişlər, konvertasiya, əməkhaqqı ödənişləri, şəxsi və korporativ kartlar üzrə əməliyyatlar, şablonlar və öncə edilən ödənişləri təkrarlamağa, ödənişlərin toplu şəkildə həyata keçirməyə, həmçinin, hesab qalığı və əməliyyatlar üzrə çıxarışlar əldə etməyə imkan verir.

XalqOnline tapşırığınıza əsasən dövri ödənişləri icra etməklə, kommunal xidmətləri ödəməklə, hesablara nəzarət etmək və xərcləri optimallaşdırmaqla Sizin vaxtınıza  və pulunuza qənaət edir!

Təhlükəsizdir!

XalqOnline-da müasir texnologiyalar, rəqəmsal identifikasiya alətləri və məlumatların şifrələnməsi sayəsində bütün əməliyyatlar tam təhlükəsizdir. Bank hüquqi şəxslər və sahibkar fiziki şəxslərin eləcə də onların nümayəndələrinin XalqOnline-dən istifadə səlahiyyətlərini tam nəzarətdə saxlayır.

Pulsuzdur!

  • XalqOnline sisteminə qoşulma və istifadə pulsuzdur

XalqOnline sistemi istifadəçilərə bu üstünlükləri verir:

  • Dünyanın hər yerindən, 24/7 rejimində bank xidmətlərindən istifadə

  • Əməliyyatların onlayn icrası sayəsində iş yükünün azalması və vaxta qənaət

  • Əməliyyatlar üçün sərfəli tariflər

  • Bir Login ilə fərdi və korporativ hesablar arasında çevik keçid imkanı

  • ASAN imza vasitəsilə sistemə daxil olmaq və sənədləri imzalamaq imkanı

  • İcra olunmuş ödəniş tapşırıqlarının redaktə və təkrarlama imkanı

  • İcra olunmuş sənədin çapı

  • Ödənişlərin icra mərhələsində izlənilməsi

  • Bankla onlayn konsultasiya xidməti

  • AZN və xarici valyuta məzənnələri

  • AZ/EN/RU dillərində rahat interfeys

Xalq Online ilə artıq bir çox bank əməliyyatlarınızı bir kabinetdən idarə edə bilərsiniz. Yenilənmiş sistemdə aşağıdakı funksional imkanlar mövcuddur:

Hesablar üzrə: 

  • Hesablar üzrə qalıqların izlənilməsi

  • Hesabların rekvizitləri və aparılan əməliyyatlar barədə məlumatların alınması

  • Gündəlik, həftəlik və aylıq olan dövri ödənişlərin yaradılması və avtomatlaşdırılması

  • Hesablara fərdi adın təyin edilməsi

  • Əmanətin məbləği, müddəti, başlanğıc və bitmə tarixi, hesablancaq faizlər haqqında məlumatların əldə edilməsi

Kreditlər üzrə: 

  • Mövcud kreditlər üzrə borc, kredit faizi, müddəti, qalıq məbləği, aylıq ödəniçi və kredit tarixçəsi haqqında məlumatların əldə edilməsi

  • Kredit ödənişləri

Ödəniş kartları üzrə: 

  • Kart hesabı haqqında məlumatın açıqlanması – kart üzrə ümumi məlumatlar

  • SMS-məlumatlandırma xidmətinə qoşulma, xidmətə qoşulmuş mobil nömrənin dəyişdirilməsi və xidmətin ləğvi

  • Kartın müvəqqəti bloklanması və blokdan çıxarılması

  • Kartlara fərdi adların təyin olunması

  • Kartdan karta və cari hesablara ani köçürmələrin icrası

  • Rabitə, kommunal, sığorta, əyləncə, dövlət və s. xidmətlərin ödənilməsi

  • Ödəniş şablonların yaradılması

  • Kart vasitəsilə dövri ödənişlərin aparılması.

Əməliyyat növləri: 

  • Ölkədaxili ödəniş tapşırıqları

  • Büdcə ödənişləri

  • ƏDV ödənişləri

  • Beynəlxalq valyuta köçürmələri

  • Müştərinin öz hesabları arasında ani köçürmələr

  • Valyuta mübadiləsi

  • Əməkhaqqı köçürmələri

  • Cari hesabdan kart hesabına ani köçürmələr

  • Aparılmış əməliyyatlar üzrə sənədləri çap etmək imkanı

  • Əməliyyatların cari statusu haqqında məlumatlar

  • Şablonların yaradılması

  • Toplu ödənişlərin icrası

  • Bankdaxili və dövlət ödənişlərində hesab üzrə məlumatların avtomatik doldurulması.

XalqOnline sisteminə daxil ol

İstifadəçi təlimatı burada