Zolotaya Korona
Zolotaya Korona sistemi müştərilərin rahatlığı üçün MDB ölkələrinə pul köçürülən və alınan zaman pul köçürməsi haqqında məlumatı SMS vasitəsilə müştərinin mobil telefonuna göndərir. Artıq pul köçürməsinin ünvana çatıb-çatmaması haqqında məlumat almaq üçün Banka və ya pulu göndərdiyiniz şəxsə zəng etmək lazım deyil. Bütün lazımi məlumatlar SMS-lə telefona göndəriləcək. Köçürməni göndərən şəxs, köçürmənin göndərilən ünvana çatması və alan şəxs tərəfindən qəbul edilməsi, köçürməni alan şəxs isə onun adına pul köçürməsinin daxil olması haqqında məlumat alır.
Qeyd: Telefon nömrəsini tam (ölkənin kodu ilə birlikdə) və dəqiq göstərmək lazımdır.
Pul köçürmələri "Azərbaycan Respublikası rezidentlərinin və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"na uyğun olaraq yerinə yetirilir.