Akkreditiv - beynəlxalq ticarət əməliyyatlarının həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün ən geniş istifadə olunan məhsullardan biridir. Bu məhsul satıcı tərəfindən malın göndərilməsi, akkreditivdə nəzərdə tutulan digər şərtlərinin tam olaraq yerinə yetirilməsi və müvafiq sənədlərin təqdim edilməsi müqabilində akkreditivdə qeyd edilən məbləğin satıcıya ödənişini təmin edir.

Akkreditiv təyinatlı kredit xətti

500 000 manat və ya 300 000 ABŞ dolları məbləğində bərpaolunan kredit xətti akkreditiv üzrə hesablaşma üçün təqdim edilir və akkreditiv üzrə ödəniş tarixindən 4 ay müddətinə verilir.

Faiz dərəcəsi 8% (AZN), 4% (USD)

Akkreditiv təyinatlı kreditin üstünlükləri:

  • Ənənəvi kredit məhsulları ilə müqayisədə daha ucuz maliyyə resursu
  • Kredit üzrə faiz ödənişlərinə qənaət
  • Fakt əsasında ödəniş hesabına satıcı ilə daha əlverişli şərtlərlə razılaşma imkanı
  • Alınan malın çatdırılması ilə bağlı risklərin minimallaşdırılması
  • Müqavilənin icrasına bankın nəzarəti
     

Favorite offers

Agricultural loan
Agricultural loan

Favorable loan for agricultural producers

Acquiring
Acquiring

Acquiring - fast and reliable cashless payments

Salary card project
Salary card project

Affordable and convenient for entrepreneurs

XalqOnline mobile application

Functional and convenient XalqOnline system allows you to make bank transactions and control the card balance.