XalqOnline mobil tətbiqi

Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

İdarə Heyətinin səlahiyyətləri

1. İdarə Heyəti Bankın Nizamnaməsi və bu əsasnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Bankın cari fəaliyyətinə rəhbərliyi həyata keçirir. İdarə Heyəti Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının, İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilmiş məsələlərdən başqa Bankın fəaliyyəti ilə bağlı bütün məsələlərə öz iclaslarında baxa bilər və onlar üzrə qərar qəbul edə bilər.

2. İdarə Heyəti aşağıdakı səlahiyyətlərə malikdir:

2.1.Bankın cari fəaliyyətinin məsələləri üzrə qərarlar qəbul etmək;

2.2.Bankın struktur bölmələrində müəyyən vəzifə tutmaq üçün namizədlərin ilkin seçilməsi;

2.3.Bankın daşınan və daşınmaz əmlakının yenidən qiymətləndirilməsi barədə qərar qəbul etmək; 2.4.Bankın strategiyasının hazırlanmasında iştirak etmək;

2.5.Təqdim edilmiş kreditlər, qarantiyalar, zəmanətlər üzrə borcların ödənilməsi məqsədi ilə Bankın mülkiyyətinə keçirildiyi əmlakın istifadə prinsiplərini müəyyənləşdirmək;

2.6.Kreditlər üzrə öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək;

2.7.Səlahiyyətləri daxilində bank fəaliyyətinin daxili qaydalarını müəyyənləşdirib təsdiq etmək (Müşahidə Şurası haqqında  əsasnamədə nəzərdə tutulan funksiyalar istisna olmaqla);

3. İdarə Heyəti aşağıdakı əsas vəzifələri həyata keçirir:

3.1.Bankın strateji planının yerinə yetirilməsini təmin edir;

3.2 Səhmdarların və əmanətçilərin mənafelərini, habelə bankın likvidliyini qoruyur;

3.3.Bankın kapitalının qorunması və onun gəlirliyini təmin edəcək fəaliyyət göstərir;

3.4.Bankın bütün bölmələri, o cümlədən filialları tərəfindən bank əməliyyatlarının fasiləsiz, sabit şəkildə aparılmasını təşkil edir;

3.5.Bankın bölmələrinin (filiallar daxil olmaqla) fəaliyyətinin əlaqələndirilməsini, Bankın funksional struktur bölmələrinin işinə nəzarəti həyata keçirir;

3.6.Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının və Mərkəzi Bankın bank fəaliyyətinin tənzimlənməsi üzrə normativ xarakterli aktlarının tələblərini yerinə yetirir;

3.7.Səhmdarların Ümumi Yığıncağının və Müşahidə Şurasının iclaslarında baxılacaq məsələlərə dair materialları və sənədləri hazırlayır;

3.8. Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası üçün Bankın cari fəaliyyətinin məsələləri üzrə hesabatları hazırlayır;

3.9.Bankın cari fəaliyyəti ilə bağlı bütün məsələləri həll edir;

3.10. Korporativ idarəetmə üzrə Bazel Komitəsinin tövsiyələrini və qanunvericiliyin tələb etdiyi digər vəzifələri həyata keçirir