Onlayn məsləhətçi
13 iyun tarixdən başlayan kampaniyada XalqOnline mobil/internet bankçılıq sistemində Xalq Bank kartları ilə 10 AZN və daha çox məbləğdə mobil, stasionar telefon, kommunal, TV, internet və ya kredit ödənişi edən istifadəçilər dəyərli hədiyyələr əldə edəcəklər!
Hədiyyə fondu bitənədək davam edəcək kampaniyada sistem istifadəçiləri pulsuz danışıq dəqiqələri, yemək menüləri, parfümeriya və geyim malları, kinoteatr bileti, taksi, eləcə də digər xidmətlərdə endirim və hədiyyələr qazanacaqlar.
Kampaniyada aşağıdakı hədiyyələr təqdim ediləcək:
Qeyd edək ki, ödənişlər həyata keçirildikdən bir iş günü sonra istifadəçi hədiyyənin promokodunu SMS bildiriş vasitəsilə alacaq. Həmçinin, hədiyyə əldə etmiş istifadəçilər arasında kampaniya müddəti ərzində ən çox məbləğdə əməliyyat aparmış 25 və ən çox sayda əməliyyat aparmış 25 müştəri əlavə hədiyyəyə sahib olacaq.
Bir XalqOnline istifadəçisi kampaniya çərçivəsində bir ay ərzində bir hədiyyə qazana bilər.
XalqOnline Xalq Bankın fərdi və korporativ müştərilərə xidmət göstərən iOS və Android platformalı mobil/internet bank sistemidir.
Bank məhsulları, eləcə də yenikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.