XalqOnline mobil tətbiqi

Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Xəbərlər

2022-06-23

Xalq Bankın İdarə Heyətinin sədri “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda Şuşada təşkil olunan görüşdə iştirak edib.

Xalq Bankın İdarə Heyətinin sədri Kamran Məcidov Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Banklar Assosiasiyasının birgə həyata keçirdiyi “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda Şuşa şəhərində təşkil olunan görüşdə iştirak edib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi və ölkənin aparıcı banklarının rəhbərləri iştirak edib.

Tədbir iştirakçılarına Şuşada aparılan bərpa-quruculuq və görülən digər işlər barədə məlumat verilmişdir. Müzakirələr zamanı bank rəhbərləri tərəfindən Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Banklar Assosiasiyasının iştirakı ilə Şuşada və Qarabağda dövlət-özəl tərəfdaşlığının stimullaşdırılması və birgə fəaliyyətinin davam etdirilməsi istiqamətində təhlillər aparılması ilə bağlı təkliflər səsləndirilib. 

Qeyd edək ki, bir müddət əvvəl Qarabağ Dirçəliş Fondunun Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə keçirilən görüşündə Xalq Bankın İdarə Heyətinin sədri Kamran Məcidova işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində keçirilən tədbirlərə Xalq Bankın maliyyə dəstəyinə görə Qarabağ Dirçəliş Fondunun xüsusi “İanə Sertifikatı” təqdim olunmuşdur.

KİV Bank haqqında