19 Mart 2025
XalqKart-la NFC ödənişlərində daha çox keşbek

Xalq Bank müştərilərinə Novruz bayramı ərəfəsində XalqKart-la ödənişlərdən əlavə keşbek qazanmaq imkanı təqdim edir. Keçiriləcək kampaniya ərzində XalqKart-la smartfon və ya ağıllı saat vasitəsilə NFC ödənişləri aparmaq daha sərfəli olacaq. Belə ki, 20 martdan 31 martadək müştərilər kafe və restoranlarda, geyim, şirniyyat, hədiyyə mağazalarında, kinoteatr və digər biletlərin alışında XalqKartla ölkədaxili NFC ödənişlərində 5%, ölkə xaricində 10% keşbek qazana biləcəklər.
Kampaniyada iştirak edən MCC əməliyyat kodları:
- Kafe/Restoran – 5811, 5812, 5813, 5814;
- Geyim və aksessuar – 7631, 5094, 5131, 5137, 5139, 5611, 5621, 5631, 5641, 5651, 5655, 5661, 5681, 5691, 5697, 5698, 5699, 5941, 5944, 5976;
- Şirniyyat – 5441, 5462;
- Kinoteatr və digər bilet satışı – 7829, 7832, 7833, 7922;
- Hədiyyə mağazaları – 5945, 5947, 5970, 5971.
XalqKart Petrol-la eyni növ MCC kodlar qrupu altında aparılmış nağdsız əməliyyatlar üzrə aylıq maksimum 30 Oil-bonus, XalqKart Cashback-lə 30 AZN, 15 USD/EUR/GBP qazanmaq mümkündür. Bonus və keşbek məbləği kampaniya bitdikdən sonra 15 iş günü ərzində karta mədaxil ediləcək.