XalqOnline

Dili dəyiş

az

Telefon Bankçılıq

Xalq Bank müştərilərə Banka müraciət etmədən, prossesinq şirkətinin operatorunu aramadan, mobil, hətta stasionar telefon vasitəsilə plastik kartı idarə etməyə imkan verir.

Telefon Bankçılıq nədir?

Bu xidmət 24 saat ərzində fəaliyyət göstərən Azericard prossesinq mərkəzinin Müştəri xidmətlərinə zəng vuran plastik kart sahiblərinə operatora yönəldilməməklə aşağıda qeyd olunan xidmətlərdən yararlanmaq imkanını verir:

  • kartın balansının yoxlanılması;

  • kartın bloklaşdırılması;

  • bloklanmış kartın PIN-kodunun açılması;

  • SMS-məlumatlandırma xidmətinə qoşulma və ya bu xidmətə qoşulan telefon nömrəsinin dəyişdirilməsi.

Kartın eyniləşdirilməsi

Kartın tanınması üçün iki eyniləşdirmə üsulu var:

  • SMS şifrələr vasitəsilə eyniləşdirmə (SMS-məlumatlandırma xidmətinin istifadəçilərinə mobil telefona SMS vasitəsilə 6 rəqəmli şifrə göndərilir);

  • birdəfəlik şifrələr siyahısından şifrə ilə eyniləşdirmə (siyahını Azericardın xidmət etdiyi istənilən ATM-dən əldə etmək mümkündür).

Telefon Bankçılıq xidməti vasitəsilə itirilmiş və ya oğurlanmış kartların bloklaşdırılmasını operativ və təhlükəsiz şəkildə 24/7 rejimində həyata keçirmək mümkündür. Bundan əlavə, bu xidmət ATM-də səhvən yığılaraq bloklanmış kartın PIN-kodlarının açılması, kartda mövcud olan balansın öyrənilməsi imkanını yaradır.

Telefon Bankçılıq xidmətindən istifadə etmək üçün aşağıdakı telefon nömrələrinin birinə zəng vurub, interaktiv sisitemin göstərilşlərinə riayət etmək kifayətdir:

  • 194

  • *2273

  • (012) 5984697

  • (012) 5984376

Telefon Bankçılıq xidməti ödənişsizdir.