XalqOnline

Dili dəyiş

az
MONEX

MONEX

MONEX təcili pul köçürmə sistemi bütün Azərbaycanı əhatə edir. 

Pul köçürmələrinin göndərilməsi və alınması yalnız Azərbaycan daxilində manat ilə yerinə yetirilir.

İmkanlar

İmkanlar

  • Sərfəli tariflər;

  • Sürət və operativlik - köçürməni göndərdikdən dərhal sonra almaq mümkündür;

  • Ünvansız köçürmə - göndərilən pul məbləğini MONEX sisteminin istənilən xidmət nöqtəsində almaq olar;

  • Sistemin rahatlığı - köçürməni həyata keçirmək üçün şəxsiyyət vəsiqəsini göstərmək, köçürməni alan şəxs və köçürmənin məbləği haqqında məlumatları Bankın əməkdaşına bildirmək kifayətdir.

Pul köçürməsini necə göndərmək olar?

Pul köçürməsini necə göndərmək olar?

  • Şəxsiyyət vəsiqəsini təqdim etmək;

  • Pulu alacaq şəxsin məlumatlarını göstərməklə "Pul vəsaitlərinin köçürülməsi üçün Ərizə"ni doldurmaq;

  • Göndərilən pul məbləğini təqdim etmək və komisiyon haqqını ödəmək;

  • Üzərində pul köçürməsinin nəzarət nömrəsi olan blankı almaq;

  • Pul köçürməsinin məbləğini və nəzarət nömrəsini köçürməni alan şəxsə bildirmək.

Pul köçürməsini necə almaq olar?

Pul köçürməsini necə almaq olar?

  • Şəxsiyyət vəsiqəsini təqdim etmək;

  • Pul vəsaitləri göndərən şəxsin yaşadığı şəhərin və ölkənin adını, köçürmənin məbləğini, nəzarət nömrəsini göstərməklə "Pul vəsaitlərinin alınması üçün Ərizə"ni doldurmaq;

  • Köçürmənin mövcud olduğunu və qeyd olunan məlumatların uyğunluğu yoxlanıldıqdan sonra pul köçürməsini və qəbzi almaq.