Onlayn məsləhətçi
ŞEN kodun (Şəxsi Eyniləşdirmə Nömrəsi) dəyişdirilməsi (“PIN Сhange”) xidməti müştərilərə ŞEN kodların yeni və daha yaddaqalan kodla əvəz olunmasına imkan verir.
ŞEN kodun (Şəxsi Eyniləşdirmə Nömrəsi) dəyişdirilməsi (“PIN Сhange”) xidməti müştərilərə ŞEN kodların yeni və daha yaddaqalan kodla əvəz olunmasına imkan verir.
Belə ki, əgər plastik kartınız və uzun zaman istifadə etdiyiniz ŞEN kod dəyişibsə, yaxud Siz bir neçə plastik kart sahibisinizsə və Sizə təqdim olunan ŞEN kodların yadda saxlanılmasında çətinlik çəkərək onları qarışdırırsınızsa, o zaman “PIN Change” xidmətindən istifadə edərək kartınızın ŞEN kodunu daha yaddaqalan kodla əvəz edə bilərsiniz.
Qeyd olunan xidmətdən Xalq Bankın və AzəriKard şəbəkəsinin bütün bankomatları vasitəsilə 24/7 rejimində yararlanmaq mümkündür. Bunun üçün plastik kartınızı Sizə yaxın olan Xalq Bank ATM-inə daxil edib xidmətlər bölümündən “PIN Сhange” düyməsini seçməyiniz kifayətdir. Adıçəkilən əməliyyat aparıldıqdan sonra əvvəlki ŞEN kodunuz yenisi ilə əvəz olunacaq.
“PIN Change” xidmətindən istifadəyə görə müştəridən 1.5 AZN (hər dəyişməyə görə) xidməthaqqı tutulur.