İnternet kartı necə əldə etmək olar?
İnternet kartı əldə etmək üçün sadəcə olaraq şəxsiyyət vəsiqəsi ilə birlikdə Xalq Bankın istənilən filialına yaxınlaşıb “İnternet kartın alınması üçün sifariş Ərizəsi”ni doldurmaq kifayətdir. Bundan sonra 2 iş günü ərzində kartınız hazırlanıb Sizə təqdim olunacaq.
İnternet kartın üstünlükləri:
- Visa İnternet - internetdə alış-veriş etmək üçün ən təhlükəsiz kartdır. Çünki hər dəfə internetdə alış-veriş edərkən Sizə lazım olan məbləği karta mədaxil edərək istifadə edə bilərsiniz. Bu da Sizi kartdan pul vəsaitlərinin oğurlanması, hesabdan artıq məbləğin silinməsi və s. kimi dələduzluq risklərindən qoruyur;
- İnternet kartı SMS-məlumatlandırma xidmətinə qoşub kart hesabına operativ nəzarət edə bilərsiniz.
Tariflər
Debet kartlar xidmət haqqı (illik 8 manat) ödənilməklə və ya kart hesabına ilkin mədaxil (50 AZN/USD/EUR/GBP) edilməklə pulsuz əldə olunur.
Kart hesabında olan vəsaitləriniz sığortalanıb!
Kartlar üzrə xidmətlər burada!