Pul köçürməsini necə göndərmək olar?
- Şəxsiyyət vəsiqəsini təqdim etmək;
- Pulu alacaq şəxsin məlumatlarını göstərməklə "Pul vəsaitlərinin köçürülməsi üçün Ərizə"ni doldurmaq;
- Göndərilən pul məbləğini təqdim etmək və komisiyon haqqını ödəmək;
- Üzərində pul köçürməsinin nəzarət nömrəsi olan blankı almaq;
- Pul köçürməsinin məbləğini və nəzarət nömrəsini köçürməni alan şəxsə bildirmək.
Pul köçürməsini necə almaq olar?
- Şəxsiyyət vəsiqəsini təqdim etmək;
- Pul vəsaitləri göndərən şəxsin yaşadığı şəhərin və ölkənin adını, köçürmənin məbləğini, nəzarət nömrəsini göstərməklə "Pul vəsaitlərinin alınması üçün Ərizə"ni doldurmaq;
- Köçürmənin mövcud olduğunu və qeyd olunan məlumatların uyğunluğu yoxlanıldıqdan sonra pul köçürməsini və qəbzi almaq.
Pul köçürmələrinin göndərilməsi və alınması yalnız Azərbaycan daxilində manat ilə yerinə yetirilir.