XalqOnline mobil tətbiqi

Online consultant

Send us your suggestions and comments

Call you?

Your order has been sent successfully.

Bank will contact you till 9:00 to 18:00 .

Filliallar və bankomatlar

Vacancies

Daxili Audit idarəsi

Vəzifə:  Bankın Daxili audit İdarəsinin IT auditoru

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı şəhəri

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • İnformasiya Texnologiyaları və ya digər müvafiq istiqamət üzrə ali magistr təhsili;
  • IT auditor və ya IT risklərin idarə edilməsi üzrə ən azı 1-3 il iş təcrübəsi;
  • İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları auditi və/və ya onların Risk idarəetməsi üzrə təcrübə PCI-DSS, ISO27001, COBIT, NIST standartları haqqında bilik;
  • Windows, *nix, şəbəkə və verilənlər bazaları haqqında texniki anlayış;
  • Güclü kommunikativ bacarıqlar;
  • Problem həlletmə bacarığı;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Sənədləşmə bacarığı;
  • Texniki səviyyədə hesabat və s. sənədləri oxuyub, anlama bacarığı;
  • Analitik düşüncə tərzi.

Qeyd: SQL Oracle, İnfrastruktur (Aarat və Proqram Təminatı, Şəbəkə, Verilənlər və s.) yedəkləmə və virtuallaşma üzrə praktiki və dərin biliklərə sahib olan və ya Unix Linux PT-ı üzrə nəzəri biliklərə sahib olan namizədlərə üstünlük veriləcəkdir.

İŞİN TƏSVİRİ:

  • IT üzrə risk-əsaslı audit planının hazırlanması və ya hazırlanması üçün təkliflərin verilməsi;
  • Audit hesabatlarının hazırlanması;
  • IT sahəsi üzrə idarəetmə, risklərin idarə edilməəsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi;
  • IT Risk yönümlü audit proqramlarının tərtib edilməsi;
  • Yoxlanılan proseslərin müvafiq qanunvericiliyinə (normativ akt), prosedur və qaydalara uyğunluğunun təmin olunması;
  • Bankda daxili normativ qaydaların, təlim və prosedurların, həmçinin, qəbul edilmiş beynəlxalq IT standartlarının gözlənilməsini təmin etmək üçün yaradılmış sistem və prosedurların keyfiyyətinin və uyğunluğunun qiymətləndirilməsi.

 

Qeyd:  Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail:   cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:      (012) 404 43 34