XalqOnline mobil tətbiqi

Online consultant

Send us your suggestions and comments

Call you?

Your order has been sent successfully.

Bank will contact you till 9:00 to 18:00 .

Filliallar və bankomatlar

Vacancies

Problemli Kreditlərlə iş idarəsi

Vəzifə: Problemli Kreditlərlə iş idarəsinin İcraya nəzarət şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
  • Anoloji sahə üzrə və ya bank işi sahəsində minimum 3-5 illik təcrübə;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • İşdə dəqiqlik, sterssə davamlılıq və detallara fikirvermə qabiliyyəti;
  • Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
  • Əmək funksiyalarının yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının mülki, mülki-prosesual, ipoteka haqqında, icra haqqında və digər qanunvericilik və normativ-hüquqi aktlarını, o cümlədən, bankdaxili normativ aktları bilməli.

İŞİN TƏSVİRİ:

  • Problemli kreditlərlə əlaqədar icraata daxil olmuş məhkəmə qərarlarının icra məmuru tərəfindən vaxtında, tam və düzgün icra edilməsinə nəzarət edir;
  • Məhkəmə qərarlarının icrasaı zamanı problemli kreditin təminatı kimi girov qoyulmuş əmlakın hərrac təşkilatı tərəfindən satılmasına nəzarət edir, lazım olduqda həmin olduqda həmin proseslərdə iştirak edir;
  • İcra məmuru tərəfindən borc tələbinin borclunun gəlirlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarında hesablarına yönəldilməsinin təmin olunmasına nəzarət edir;
  • Bankdaxili normativ aktlarda müəyyən olunmuş və icrası ona həvalə olunmuş vəzifələri vaxtında və nöqsansız icra edir;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayır;
  • Məhkəmə qərarlarının icrasından irəli gələrək zəruri hallarda regionlara ezam (qısa və uzun müddətli);
  • Şöbənin icraatında olan işlərin xüsusiyyətindən irəli gələrək daxil olmuş sorğulara, müraciət məktublarına və ərizələrə qanunvericiliyə uyğun olaraq cavabların hazırlanması, eləcə də dövlət və ya qeyri-dövlət orqanlarına Bankın adından müraciət məktublarının hazırlanması;
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamların qeyd-şərtsiz yerinə yetirilməsi.

 

Qeyd:  Tələblərə uyğun olmayan və maildə "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail:   cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:      (012) 404 43 34

 

Vəzifə: Problemli Kreditlərlə iş idarəsinin Problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
  • Anoloji sahə üzrə və ya bank işi sahəsində minimum 4-6 illik təcrübə;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • İşdə dəqiqlik, sterssə davamlılıq və detallara fikirvermə qabiliyyəti;
  • Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
  • Əmək funksiyalarının yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının mülki, mülki-prosessual, ipoteka haqqında və digər haqqında və digər qanunvericilik və normativ-hüquqi aktlarını, o cümlədən, bankdaxili normativ aktları bilməli.

İŞİN TƏSVİRİ:

  • Problemli Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;
  • Əməkdaşa təhkim olunmuş portfel üzrə Problemli borcalanlar ilə görüşlərin keçirilməsi, mütəmadi zənglərin edilməsi;
  • Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb edilməsi;
  • Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
  • Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
  • Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək, aparılmış işlərə dair portfeldə qeydlər etmək;
  • Problemli borcalan barəsində məhkəməyə müraciət edilməsi ilə bağlı kredit dosyesi üzrə müvafiq sənədləri hazırlayaraq Hüquq idarəsinə təhvil verilməsi;
  • Məhkəmə müddətində problemli borcalan barəsində aparılan prosesual addımların izlənməsi və portfeldə müvafiq qeydlərin aparılması;
  • Problemli borcalanlarla birbaşa görüşlərin təşkili, gorpv və biznes monitorinqin həyata keçirilməsi;
  • Kreditin sağlamlaşdırılması üçün təkliflərin hazırlanması;
  • Analoji işlərin təşkili üçün regionlara ezam olunması.

Qeyd:  Tələblərə uyğun olmayan və maildə "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail:   cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:      (012) 404 43 34