Məlumat üçün bildirmək istərdik ki, 14.04.2020-ci il tarixdən etibarən bütün MilliÖn terminalları vasitəsilə Xalq Bankın həm fiziki, həm də hüquqi şəxs olan müştəriləri aşağıdakı ödənişləri həyta keçirə biləcəklər.
Fiziki şəxslər (pulsuz):
- Kredit ödənişi (ARİKZF-nun kreditləri istisna olmaqla);
- Karta mədaxil (dərhal oturmaqla);
- Cari hesaba mədaxil.
Hüquqi şəxslər və fərdi sahibkarlar (0.6% komissiya ilə):
- Cari hesaba mədaxil (təyinatı qeyd edilməklə).
Terminalda yalnız AZN valyutasında olan hesablara eyni valyutada mədaxil etmək mümkündür. Xarici valyutada əməliyyatlar və konvertasiya nəzərdə tutulmayıb.