Online consultant

Send us your suggestions and comments

Call you?

Your order has been sent successfully.

Bank will contact you till 9:00 to 18:00 .

Filliallar və bankomatlar

Branches and ATMs

The best way to find us

News

9 Oct 2020

Azərbaycan Banklar Assosiasiyasının bank müştərilərinə müraciəti

Cəbhə xəttində gərgin döyüşlər davam etdiyi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə şanlı ordumuz düşmənin uzun illər boyu işğal altında saxladığı torpaqlarımızı erməni vandallarından təmizlədiyi zamanda mənfur düşmənin ölkəmizə qarşı təxribatları davam etməkdədir.

Belə ki, ölkə banklarımızın müştərilərinə həmin bankın rəhbər şəxsi və ya əməkdaşı adından guya bankın serverinin erməni xakerlərinin hücumuna məruz qaldığı səbəbindən bu bankdan depozitin dərhal geri çəkilməsinə dair mesajlar, elektron məktublar göndərilir.

Azərbaycan Banklar Assosiasiyası olaraq əhalimizdən, bank müştərilərindən xahiş edilir ki, bu məzmunda olan məlumatlara əhəmiyyət verməsinlər və belə məlumat aldıqda mütləq şəkildə banka müraciət etsinlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.

Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

 

https://aba.az/dusm%c9%99nin-novb%c9%99ti-t%c9%99xribati/

The Press about the Bank