XalqOnline mobil tətbiqi

Online consultant

Send us your suggestions and comments

Call you?

Your order has been sent successfully.

Bank will contact you till 9:00 to 18:00 .

Filliallar və bankomatlar

News

2022-06-13

Xalq Bank XalqOnline istifadəçiləri üçün hədiyyəli kampaniyaya start verir!

13 iyun tarixdən başlayan kampaniyada XalqOnline mobil/internet bankçılıq sistemində Xalq Bank kartları ilə 10 AZN və daha çox məbləğdə mobil, stasionar telefon, kommunal, TV, internet və ya kredit ödənişi edən istifadəçilər dəyərli hədiyyələr əldə edəcəklər!

Hədiyyə fondu bitənədək davam edəcək kampaniyada sistem istifadəçiləri pulsuz danışıq dəqiqələri, yemək menüləri, parfümeriya və geyim malları, kinoteatr bileti, taksi, eləcə də digər xidmətlərdə endirim və hədiyyələr qazanacaqlar.

Kampaniyada aşağıdakı hədiyyələr təqdim ediləcək:

  • Wolt-dan ümumi məbləğə 4 AZN dəyərində endirim
  • Domino's Pizza Azerbaycan-dan 15 AZN-lik hədiyyə kuponu
  • Concept Anti Cafe-dən 2 nəfərlik 2 saatlıq ekonom paket
  • Tusi-Bohm Planetariumdan 1 nəfərlik pulsuz bilet
  • Etta.az-dan 20 %-lik endirim kuponu
  • Mega Vision-dan 15 AZN-lik pulsuz göz müayinəsi
  • 189 TAXI-dən 30 %-lik endirim
  • IL Patio Planet Sushi-dən 20%-lik endirim kuponu
  • Tudors Azerbaycan-dan 20%-lik endirim kuponu
  • Fryday-dən 20%-lik endirim
  • Bakcell-dən Ulduzumla şəbəkədaxili pulsuz 25 danışıq dəqiqəsi;
  • Azercell-dən şəbəkədaxili pulsuz 10 danışıq dəqiqəsi;
  • Park Cinema-dan 2 nəfərlik pulsuz bilet

Qeyd edək ki, ödənişlər həyata keçirildikdən bir iş günü sonra istifadəçi hədiyyənin promokodunu SMS bildiriş vasitəsilə alacaq. Həmçinin, hədiyyə əldə etmiş istifadəçilər arasında kampaniya müddəti ərzində ən çox məbləğdə əməliyyat aparmış 25 və ən çox sayda əməliyyat aparmış 25 müştəri əlavə hədiyyəyə sahib olacaq.

Bir XalqOnline istifadəçisi kampaniya çərçivəsində bir ay ərzində bir hədiyyə qazana bilər.

XalqOnline Xalq Bankın fərdi və korporativ müştərilərə xidmət göstərən iOS və Android platformalı mobil/internet  bank sistemidir.

Bank məhsulları, eləcə də yenikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi FacebookInstagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.

The Press about the Bank