9 September 2024

XalqKartda 5% keşbek/bonusla “Məktəbə qayıdış”

XalqKartda 5% keşbek/bonusla “Məktəbə qayıdış”

Xalq Bank XalqKart müştərilərinə məktəbə qayıdış həyəcanını sərfəli alış-verişlə qeyd etmək fürsətini təklif edir. 31 oktyabradək XalqKart sahibləri 5 kateqoriya üzrə alış-verişdə 5% keşbek/petrol qazanacaqlar. Belə ki, kampaniya müddəti ərzində XalqKart Petrol kartı kitab, məktəb və ofis ləvazimatları, kompüter və elektrik avadanlıqlarının alışı, gül və hədiyyə mağazaları, eləcə də gözəllik salonlarında 5% petrol, XalqKart Cashback kartı isə 5% keşbek qazandıracaq.

Kampaniya aşağıdakı MCC kodlar üzrə keçərlidir:

  1. Kitab, məktəb və ofis ləvazimatları – 2741, 2791, 5044, 5111, 5192, 5942, 5943, 7221, 7332, 7338, 7395.
  2. Kompüter, elektrik avadanlıqları satışı və onunla bağlı xidmətlər – 4812, 5045, 5047, 5065, 5732, 5734, 5946, 7379, 7622, 7623, 7629, 7993.
  3. Gül mağazaları – 5193, 5992.
  4. Hədiyyə mağazaları – 5945, 5947, 5970, 5971.
  5. Gözəllik salonları və şəxsi baxım vasitələrinin satışı – 5977, 7230, 7297, 7298.