XalqOnline - Azərbaycanda vahid platforma daxilində fərdi və korporativ müştərilərə xidmət göstərən ilk İnternet və Mobil bank sistemidir


XalqOnline Sizə istədiyiniz zaman banka getmədən həm fərdi, həm korporativ hesablarınıza mobil telefonunuzdan idarə etmək – hesablarınıza onlayn nəzarət etmək və müxtəlif bank əməliyyatlarınızı icra etmək imkanı yaradır.

Android platforması üçün tətbiqetməni yüklə

IOS platforması üçün tətbiqetməni yüklə 

Geniş ayarlar və filtrlər vasitəsi ilə idarəedilən, olduqca çevik istifadəçi profili, “Dark mode” funksiyası ilə  nəfis və müasir dizaynda hazırlanmış XalqOnline tətbiqi istifadədə olduqca rahat və praktikdir (istifadəçi təlimatı burada). Bu gündən Bankın müştəriləri tətbiq vasitəsilə kommunal/rabitə ödənişlərini həyata keçirmək, ödəniş şablonları yaratmaqla kart və ölkədaxili, eləcə də xarici hesablara köçürmələr etmək, valyuta alqı-satqısı həyata keçirmək, hesablar, kredit və əmanətlər haqqında ətraflı məlumat və çıxarışlar əldə etmək, həmçinin əməliyyatların qrafik dinamikasını izləmək imkanına malikdirlər. İstifadəçilər ödənişlərini XalqOnline mobil tətbiqində yaradılan şablonlar vasitəsilə və avtomatik rejimdə dövri olaraq həyata keçirmək imkanı ilə yanaşı, daha güzəştli tariflər əldə edirlər. Tətbiqdə həmçinin Xalq Bankın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, valyuta məzənnələrini izləmək, valyuta kalkulyatorundan istifadə etmək də mümkündür.

Tətbiqin istifadəçiyə verdiyi imkanlar:

  • Bir platforma daxilində fərdi və korporativ hesabların idarə edilməsi;

  • Bankın filial və ATM-lərin funksional xəritəsi;

  • Biometrik avtorizasiya – üz və barmaq izi ilə avtorizasiya imkanı;

  • Konvertasiya kalkulyatoru;

  • Məzənnə arxivi;

  • Əsas menyunun çevik idarəedilməsi;

  • Ödəniş tapşırıqları, qəbzlərin, çıxarışların və rekvizitlərin alınması və göndərilməsi;

  • Dark Mode.

Hesablar üzrə:

  • Milli valyutada ödəniş tapşırıqları;

  • Büdcə və ƏDV ödənişləri;

  • Valyuta mübadiləsi;

  • Cari hesabdan kart hesabına və əks istiqamətdə ani köçürmələr;

  • Vəsaitlərinizin hərəkətləri və cari qalığınız üzrə məlumatlar;

  • Rekvizitlərin endirilməsi və tətbiqdən çıxmadan göndərmək imkanı;

  • Fasiləsiz 7/24 rejimində hesablar və ödəniş kartları arasında ani köçürmələr;

  • Ödəniş tapşırıqları əsasında yeni sənədlərin yaradılması;

  • Ödəniş tapşırıqlarının icraatına nəzarət;

  • Şablonların yaradılması və idarəedilməsi;

  • Ödənişlərin məlumatlarının avtomatik doldurulması.

Ödəniş kartları üzrə:

  • Ölkədaxili kartlara və bankdaxili cari hesablara ani köçürmələr;

  • Rabitə, kommunal, sığorta, əyləncə, dövlət və s. xidmətlərin ödənilməsi;

  • Əməliyyatlar hesabatı;

  • SMS-məlumatlandırma xidmətinə qoşulma və mobil nömrənin dəyişdirilməsi;

  • Kartın müvəqqəti bloklanması və blokdan çıxarılması;

  • PIN-reset;

  • Ödəniş şablonların yaradılması və şablon üzrə ödəmələr.

Digər:

  • Sənədlərin ASAN İmza vasitəsilə imzalanması;

  • Əmanətlər haqqında hesabat;

  • Kreditlər haqqında hesabat;

  • Sərəncamlar haqqında hesabat;

  • Fiziki və korporativ profillər arasında sürətli keçid;

  • Mobil və İnternet Bank xidmətində aparılan əməliyyatların tarixçəsi.