XalqOnline

Language

ru

Açıq APİ xidməti

XalqOnline-nın APİ xidməti vasitəsilə korporativ müştərilər vaxta qənaət edərək, Bank əməliyyatlarını birbaşa öz daxili sistemi üzərindən təhlükəsiz həyata keçirə bilərlər. Bu zaman tətbiq edilmiş inteqrasiya nəticəsində sistemə yığılmış əməliyyatlar XalqOnline platformasına birbaşa yönləndirilir və icra edilir. İcra edilən proseslər və əməliyyatların təhlükəsizliyi tam qorunur.

           API (Application Programming Interface) - müxtəlif sistemlərin və tətbiqlərin bir-biri ilə əlaqədə olmasına imkan verən protokollar və alt proqramlar toplusudur.
Xidmətdən təmaminə ödənişsiz yararlana bilərsiniz. Bunun üçün yalnız XalqOnline qeydiyyatınızın olması tələb olunur.

 APİ vasitəsilə aparılan əməliyyatlar və əks olunan məlumatlar:

  • Ölkədaxili köçürmələr
  • Büdcə köçürmələri
  • Beynalxalq köçürmələr
  • Konvertasiya əməliyyatları
  • Əmək haqqı layihəsinin idarə olunması
  • Hesab üzrə sorğular (hesabların siyahısı, balans, rekvizitlər, çıxarışlar)
  • Kartların siyahısı
  • Sənədlərin siyahısı
Açıq APİ xidməti