XalqOnline

Language

ru

Xəlil Rza Ulutürk

Xəlil Rza Ulutürk

ASC "Xalq" Bankın təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən "Xalq Əmanəti" layihəsi çərçivəsində "İstiqlal" ordeni kavaleri, Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkün (1933-1994) "Seçilmiş əsərləri" geniş ictimaiyyətə təqdim olundu. Xəlil Rza Ulutür bədii-fəlsəfi fikir tariximizə təkcə şair kimi deyil, həm də alim, tərcüməçi, publisist və salnaməçi kimi daxil olub. 36 bədii, 15 tərcümə, 13 elmi, 7 memuar kitabının müəllifi olan Xəlil Rza Ulutürkün bəddi-publisistik, elmi-fəlsəfi irsinə həsr olunmuş 9 kitab nəşr edilib. Onun zəngin obrazlı-poetik aləminə səyahət mənəvi dünyagörünüşü işıqlandırmaq, zənginləşdirmək, eyni zamanda saflaşdırmaq deməkdir. Məhz buna görə Xəlil Rza Ulutürkün irsinə olan oxucu marağı tükənmir.