XalqOnline mobil tətbiqi

Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Böyükağa Mirzəzadə

Xalqımızın əsrlər boyu yaratdığı mədəni dəyərlərin, onun söz, musiqi, sənət irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi hər bir azərbaycanlı üçün vacibdir. Xalq Bankın həyata keçirdiyi "Xalq Əmanəti" layihəsinin məqsədi də bu irsin yaşadılması, əsrlərdən keçərək bizə saxlanan əmanətin gələcək nəsillərə ötürülməsidir.

"Xalq Əmanəti" seriyasının ilk buraxılışı görkəmli rəngkar, Azərbaycanın Xalq rəssamı Böyükağa Mirzəzadənin həyat və yaradıcılığına həsr olunub. XX əsr Azərbaycan mədəniyyətinin ən parlaq nümayəndələrindən biri, Azərbaycan rəngkarlıq məktəbinin yaradılmasında müstəsna rolu olan sənətkar saysız rəngkarlıq və qrafika, monumental heykəltəraşlıq və səhnəqrafiya əsərlərinin müəllifidir. 

B.Mirzəzadə rənglər və yarımtonlarla tutumlu, eyni zamanda geniş-panoramlı şəkildə, özünün də ayrılmaz və əhəmiyyətli tərkib hissəsinə çevrildiyi ötən dönəmlərin özəllik və təkrarolunmazlığını təsvir etmişdir. İşıq, nur onun sevic dolu dünyaduyumunun ifadəsi olaraq bütün əsərlərinin ruhuna hopmuşdur.

O, onu tanıyanların yaddaşında məhz belə qalıb.

Böyükağa Mirzəzadənin rəsmlərinə baxan gələcək nəsillər də onu məhz belə tanıyıb qəbul edəcəklər.