Vəzifə: Bankın Daxili audit İdarəsinin IT auditoru
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı şəhəri
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- İnformasiya Texnologiyaları və ya digər müvafiq istiqamət üzrə ali magistr təhsili;
- IT auditor və ya IT risklərin idarə edilməsi üzrə ən azı 1-3 il iş təcrübəsi;
- İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları auditi və/və ya onların Risk idarəetməsi üzrə təcrübə PCI-DSS, ISO27001, COBIT, NIST standartları haqqında bilik;
- Windows, *nix, şəbəkə və verilənlər bazaları haqqında texniki anlayış;
- Güclü kommunikativ bacarıqlar;
- Problem həlletmə bacarığı;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Sənədləşmə bacarığı;
- Texniki səviyyədə hesabat və s. sənədləri oxuyub, anlama bacarığı;
- Analitik düşüncə tərzi.
Qeyd: SQL Oracle, İnfrastruktur (Aarat və Proqram Təminatı, Şəbəkə, Verilənlər və s.) yedəkləmə və virtuallaşma üzrə praktiki və dərin biliklərə sahib olan və ya Unix Linux PT-ı üzrə nəzəri biliklərə sahib olan namizədlərə üstünlük veriləcəkdir.
İŞİN TƏSVİRİ:
- IT üzrə risk-əsaslı audit planının hazırlanması və ya hazırlanması üçün təkliflərin verilməsi;
- Audit hesabatlarının hazırlanması;
- IT sahəsi üzrə idarəetmə, risklərin idarə edilməəsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi;
- IT Risk yönümlü audit proqramlarının tərtib edilməsi;
- Yoxlanılan proseslərin müvafiq qanunvericiliyinə (normativ akt), prosedur və qaydalara uyğunluğunun təmin olunması;
- Bankda daxili normativ qaydaların, təlim və prosedurların, həmçinin, qəbul edilmiş beynəlxalq IT standartlarının gözlənilməsini təmin etmək üçün yaradılmış sistem və prosedurların keyfiyyətinin və uyğunluğunun qiymətləndirilməsi.
Qeyd: Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E-mail: cv@xalqbank.az
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34