XalqOnline mobil tətbiqi

Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Vakansiyalar

Risklərin İdarəedilməsi İdarəsi

Vəzifə: Risklərin İdarə edilməsi İdarəsinin İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi (Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi mütəxəssisi ((SOC analyst))

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali təhsil;
  • İT və ya Kiber təhlükəsizlik üzrə ən aşağı 1 il iş təcrübəsi;
  • Təhlükəsizlik divarları, proksi, SIEM, antivirus, EDR/XDR, IDS/IPS həlləri ilə təcrübə;
  • Əməliyyat sistemləri, şəbəkə audit və digər loqları ilə iş təcrübəsi;
  • Skript və proqramlaşdırma dilləri haqqında anlayış;
  • Doğru və aydın hesabat hazırlama bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Kiber hücum növləri haqqında məlumatlılıq.

İŞİN TƏSVİRİ:

  • Təhlükəsizlik pozuntularının və digər kiber təhlükəsizlik hadisələrinin araşdırılması;
  • Təhlükəsizlik problemləri üçün kompüter şəbəkələrinin izlənməsi;
  • Hadisə/davranışı anlamaq üçün müxtəlif alət və məlumat qaynaqlarının birbirinə bağlanaraq analiz edilməsi;
  • Təhlükəsizlik hücumları hesabatlarının və vizuallarının hazırlanması;
  • Yanlış müsbətlərin azaldılması üzərində çalışmaq;
  • Hadisə aşkarlama qaydalarının hazırlanması və təkmilləşdirilməsi;
  • Təsirə məruz qalan sistemlərdə proses və sazlamaların təhlil edilməsi;
  • Təhlükəsizlik boşluqlarının aşkar edilməsi üçün nüfuzetmə testi mütəxəssisləri ilə əməkdaşlıq.

 

Qeyd:  Tələblərə uyğun olmayan və maildə "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail:   cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:      (012) 404 43 34

 

Vəzifə: Risklərin İdarə edilməsi İdarəsinin İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi (Kiber təhlükəsizlik mühəndisi ((Cyber security engineer))

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali təhsil;
  • İT və ya Kiber təhlükəsizlik üzrə ən aşağı 2 il iş təcrübəsi;
  • Windows və *nix server/istifadəçi əməliyyat sistemləri üzrə bilik;
  • Təhlükəsizlik divarları (firewall) üzrə bilik;
  • Skript və proqramlaşdırma dilləri haqqında anlayış;
  • Şəbəkə və verilənlər bazası sahəsində bilik;
  • Analitik düşünmə və yüksək problem həll etmə bacarığı;
  • Kiber hücum növləri haqqında məlumatlılıq.

 

İŞİN TƏSVİRİ:

  • Bankın məlumatlarının, sistemlərinin və şəbəkələrinin qorunması üçün təhlükəsizlik tədbirlərinin planlaşdırılması, həyata keçirilməsi, idarə edilməsi, monitorinqi və təkmilləşdirilməsi;
  • Sistem və/və ya şəbəkə təhlükəsizliyi müdaxilələrinə cavab verilməsi;
  • Uyğun təhlükəsizlik nəzarət mexanizmlərini işə salmaqla bankın məlumatlarının və infrastrukturunun qorunmasını həyata keçirmək;
  • Dəyişikliklərin idarə edilməsi prosesində iştirak etmək;
  • Şəbəkə və sistemlərdə mövcud olan boşluqların aşakarlanması üçün müvafiq sınaq və yoxlamaların həyata keçirilməsi;
  • Gündəlik inzibati tapşırıqların yerinə yetirilməsi, hesabatların hazırlanması və qurumun müvafiq idarələri ilə əlaqə;
  • Bankın təhlükəsizlik ehtiyaclarını dəyərləndirmək və buna uyğun ən yaxşı tətbiqetmə və standartların yaradılması.

Qeyd:  Tələblərə uyğun olmayan və maildə "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail:   cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:      (012) 404 43 34

 

Vəzifə: Risklərin İdarə edilməsi İdarəsinin İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi (İnformasiya Təhlükəsizliyi Riski üzrə mütəxəssis)

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali təhsil;
  • İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
  • NIST, ISO27001 və ya SOC2 kimi kibertəhlükəsizlik çərçivələri və standartları ilə təcrübə;
  • Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

  • Daxili və üçüncü tərəf risklərinin qiymətləndirilməsi;
  • Siyasət və qaydaların hazırlanması;
  • Müxtəlif idarələrlə ünsiyyət;
  • Rəhbərliyə hesabatların təqdim edilməsi;
  • Aktivlərin təsnifatı;
  • Təhlükəsizlik maarifləndirməsi təlimin aparılması.

Qeyd:  Tələblərə uyğun olmayan və maildə "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail:   cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:      (012) 404 43 34

 

Vəzifə: Risklərin İdarə Edilməsi İdarəsinin Risk metodologiyası və hesabatlılıq şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali təhsil;
  • İqtisadiyyat, maliyyə və riyaziyyat üzrə ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilə bilər);
  • Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
  • Stress-testləşdirmə və risklərin modelləşdirilməsi üzrə biliklər;
  • Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər.

İŞİN TƏSVİRİ:

  • Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
  • Bankın məhsul və xidmətlərinin təhlili;
  • Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;
  • Depozit və Kredit portfeli üzrə cəmləşmənin, orta faizin hesablanması;
  • Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatlar hazırlayır.

 

Qeyd:  Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail:   cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:      (012) 404 43 34

 

Vəzifə: Risklərin İdarə edilməsi İdarəsinin Maliyyə monitorinqi şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • İqtisadiyyat, maliyyə və hüquq üzrə ali magistr təhsili;
  • Mükəmməl Azərbaycan dili biliyi ( İngilis və rus dilini bilənlərə üstünlük veriləcək)
  • Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Bank fəaliyyətinə dair Azərbaycan Respublikasının normativ hüquqi aktları, PL/TMM sahəsinə aid qanunvericik, eləcə də bu sahədə beynəlxalq standartlar üzrə biliklər;
  • Müştərilərin bank əməliyyatları ilə bağlı praktiki biliklər;
  • CAMS sertifikatı olanlara üstünlük veriləcək;
  • Analitik düşünmə, detallara fikir vermə qabiliyyəti, dəqiqlilik, məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

  • Bankın və nəzarətedici orqanın tələblərinə əsasən hesabatların hazırlanması, təhlili və təqdim edilməsi;
  • PL/TMM risklərinin idarə olunması üçün Bankda tətbiq olunacaq proqram təminatı üzrə texniki tapşırıqların icrası, testlərin aparılması;
  • CRS/FATCA hesabatlılığı üzrə məlumatların toplanması, emalı və hesabatların təqdim olunması;
  • Sorğuların cavablandırılması;
  • Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi.

 

Qeyd:  Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail:   cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:      (012) 404 43 34