Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Aksiyalar

2 Mar 2016

"Xalq Bank kartı ilə ödə, istirahət qazan!" lotereyası

 

Xalq Bank plastik kart sahibi olan müştərilərinin iştirakı ilə növbəti stimullaşdırıcı lotereyanın başlanmasını elan edir. “Xalq Bank kartı ilə ödə, istirahət qazan!” tirajlı lotereya çərçivəsində 2016-cı il boyunca hər ay Şamaxıda yerləşən dəbdəbəli “Sakit Göl” tətil və istirahət məkanında 2 nəfərlik 3 istirahət kuponu (iki gün, bir gecə; səhər və şam yeməyi daxildir) oynanılacaq. İlin sonunadək lotereya vasitəsi ilə cəmi 30 kupon öz sahibini tapacaq. Kupon qalibə verildiyi andan 2 (iki) ay müddətində etibarlıdır.

Mart ayının 2-dən başlayaraq 20 manat (və ya xarici valyutada ekvivalenti) və daha çox məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri lotereyanın iştirakçısına çevrilirlər. Hər 20 manatlıq ödəniş bir elektron biletə bərabərdir. Əməliyyatın məbləği yüksək olduqda elektron biletlərin sayı, müvafiq olaraq da kart sahibinin qalib olmaq şansları artır. Həyata keçirilən ödəniş məbləği kart hesabından silindikdən sonra 1 iş günü ərzində elektron biletlərə dəyişdirilir və kart sahibi biletlərin sayı və digər məlumatlarla bankın www.xalqbank.az səhifəsində tanış ola bilər. Sistemə daxil olmaq üçün kart sahibinin şəxsiyyətini təsdiq edən sənədin məlumatları qeyd olunur.

“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotereyası cari ilin mart ayının 2-dən başlayıb və 31 dekabr tarixədək davam edəcək. Lotereyada Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı xarici vətəndaşlar da  iştirak edə bilər.

Plastik kartları Bankın istənilən filialında əldə etmək olar. Visa Electron/MC DebitVisa Classic/MC Standard və Visa Gold/MC Gold kartları pulsuz təqdim olunur. Plastik kartlar və kampaniyalar haqda daha ətraflı məlumatı 138 Məlumat Mərkəzindən əldə etmək olar.

Elektron biletlər haqda məlumatı burdan əldə bilərsiniz.