Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Aksiyalar

7 Feb 2019

Xalq Bankın kartı ilə ödə, kartla qazan!

Rəqəmsal və nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən 01 fevral 2019-cü il tarixindən etibarən “Kartla ödə, kartla qazan!” adlı həvəsləndirici lotereyaya start verildi.

Lotereyanın şərtlərinə görə Xalq Bankın plastik kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında min 5 AZN məbləğində əməliyyat edən plastik kart sahibləri avtomatik olaraq lotereyanın iştirakçısına çevrilirlər. Ay ərzində keçən bütün 5 AZN və yuxarı məbləğdə olan əməliyyatlar xüsusi proqramda qeydiyyata alınır və ayın sonunda təşkil edilən tirajda oynanılır. Lotereyanın uduş məbləği olan 50 AZN kart sahibinin bank hesabına “cashback” şəklində mədaxil ediləcəkdir. Ölkə üzrə ümumilikdə 1800 nəfərin qalib olacağı lotereya 1 fevral 2019-cu il tarixindən 30 aprel 2019-cu il tarixinədək 3 tirajda təşkil ediləcəkdir.

Lotereyanın şərtləri haqda daha ətraflı məlumatları Mərkəzi Bankın internet səhifəsindən (https://www.cbar.az/page-133/stimullasdirici-lotereya), həmçinin, 138 Məlumat Mərkəzindən əldə etmək mümkündür.