Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Aksiyalar

14 Jun 2016

Xalq Bankın MC kart sahiblərinə taksidə iki pulsuz gediş

Xalq Bankın MasterCard plastik kartlarının sahibləri yeni üstünlüklər əldə ediblər. Belə ki, iyun ayının 13-dən sentyabr ayının 30-dək Xalq Bankın MasterCard beynəlxalq ödəniş sisteminə aid olan plastik kartlarının sahibləri dünyaca məşhur Uber taksi xidmətindən 2 pulsuz gediş (cəmi 20 AZN dəyərində) qazanırlar.

“Uber”dən pulsuz gedişləri əldə etmək üçün “Uber” əlavəsini telefona yükləmək və MasterCard plastik kartını sistemə əlavə edərək qeydiyyatdan keçmək lazımdır.  MASTERCARDBAKU promo-kodunu əlavədə qeyd etməklə ilk iki gediş üçün 10 AZN-dək (cəmi 20 AZN) endirim əldə edilir. Bu endirimdən yalnız “Uber”ə yeni qoşulan müştərilər istifadə edə bilər.

Uber – mobil əlavəsi olduğunuz yerə qısa müddət ərzindən taksi çağırmağa imkan verən sürücü xidmətidir.

Aksiya və Bankın xidmətləri haqda ətraflı məlumat almaq üçün bankın filiallarına və ya 138 qısa nömrəsi ilə Məlumat mərkəzinə müraciət edə bilərsiniz.

*hər gedişin dəyərinin müəyyən edilmiş 10 manatlıq endirim həddi keçdiyi halda müştəri məbləğin artıq hissəni ödəyir.