Onlayn məsləhətçi
Mart ayının 17-dən 16 iyun 2017-ci il tarixədək Xalq Bankın Visa kart sahibləri xarici ölkələrdə alış-veriş etdiyi zaman daha bir xarici ölkəyə səfər və ya çamadan qazanmaq şansını əldə edə bilər.
Bunun üçün qeyd olunan tarixədək ölkə xaricinə etdiyiniz səfərlər zamanı Xalq Bankın Visa kartı ilə ödəniş etməniz, visa.com.az saytına daxil olaraq qeydiyyatdan keçmək və alışları təsdiqləyən qəbzlərin məlumatlarını daxil etməyiniz kifayətdir. Hər 5 AZN və ondan daha yuxarı ödəniş Sizi əsas və ikinci dərəcəli uduşa yaxın edir.
Əsas uduş qismində xarici ölkəyə səyahət, ikinci dərəcəli uduş olaraq isə çamadan hədiyyə olunur.
Uduşda 1 səyahət paketi və 3 çamadan oynanılır.
Visa Gold, Visa Classic, Visa Platinum və ya yalnız internetdə ödənişlər etmək üçün nəzərdə tutulan Visa İnternet kartını Bankın istənilən filialında sifariş edə bilərsiniz. Visa Gold və Visa Classic kartları pulsuz təqdim edilir.
Kartlarımızın təhlükəsizliyi “3D Secure” servisi ilə qorunur.
Kampaniyanın şərtləri haqda daha ətraflı məlumatı buradan və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.