Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Aksiyalar

5 Oct 2018

Xalq Bankla ailəvi Disneyland həyəcanı yaşayın!

Xalq Bankın MasterCard sahibləri Fransanın paytaxtı Paris şəhərində yerləşən Disneyland-ə ailəvi səyahət etmək şansı qazanırlar. Bankın MC kart sahibləri 30 noyabr 2018-ci il tarixədək “Priceless Specials” proqramı çərçivəsində tərəfdaş şirkətlərin təklif etdiyi imtiyazlardan faydalanmaqla yanaşı, tərəfdaş-məntəqələrdə qeyri-nağd şəkildə edilən ən azı 1 AZN ödəniş müqabilində lotereyanın iştirakçısına çevrilir. Daha çox ödəniş müştərilərə qalib olmaq üçün daha çox şans bəxş edir.

Səyahət turuna 2 böyük, 2 uşaq olmaqla 4 nəfərlik ailə üçün Disneyland hotelində 2 gecə-3 günlük otaq, hər iki parka giriş biletləri, növbəsiz keçid, 820 avro dəyərində qida, içkilər, alış-veriş vauçeri və aviabiletlər daxildir. Daha 5 qalib İphoneX 64 Gb smartfonu qazanacaqlar. Lotereyada iştirak etmək üçün qeydiyyatdan keçmək tələb olunmur.

MC Debet, MC Standard və MC Gold plastik kartlarını Xalq Bankın istənilən filialında pulsuz əldə etmək mümkündür.

Bankın məhsul və xidmətləri haqda daha ətraflı məlumatı 138 Məlumat Mərkəzindən əldə etmək mümkündür.