Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

İş saatlarımız: Bazar ertəsi - Cümə, 09:00-18:00

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Xəbərlər

Əmanətləriniz sığortalanır!

ASC “Xalq” Bankının Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun reyestrinə daxil olması haqqında 30 iyul 2007-ci il tarixli 1 saylı Şəhadətnaməyə əsasən Xalq Bankda yerləşdirdiyiniz əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

Əmanətin sığortalanması nədir?

Sığorta hadisəsi baş verdikdə, əmanətçiyə Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ödənilir.

Kompensasiyanın məbləği nə qədərdir?

“Əmanətlərin Sığortalanması haqqında” Qanuna əsasən kompensasiya əmanətin 100%-i məbləğində, yalnız 30 (otuz) min manatdan artıq olmamaq şərtilə ödənilir.

Kompensasiya hansı valyuta ilə ödənilir?

  • Milli valyutada olan əmanətlərə - manatla
  • Multivalyutalı əmanətlərə - bir əmanət kimi manatla
  • ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyuta ilə
  • Digər valyutalı əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avro ilə

 

Sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsi nə qədərdir?

Sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsi illik 12% müəyyən edilib.

 

Ətraflı məlumatla www.adif.az internet səhifəsində tanış ola bilərsiniz.

KİV Bank haqqında