XalqOnline mobil tətbiqi

Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Xəbərlər

27 Jul 2021

Xalq Bank 2021-ci ilin altı ayının yekunlarını açıqladı

2021-ci ilin II rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan ASC “Xalq” Bankı aktivlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 53.2 mln. manat (2.45%) artıraraq 2 222.17 mln. manata çatdırıb. Cari ilin 1 iyul tarixinə Bankın cəmi kapitalı ötən ilin analoji dövrünə nisbətdə 1.85% artaraq 436.82 mln. manata çatıb.

Bankın kredit portfelinin həcmi I yarımilin yekununda 1 405.35 mln manat, müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi isə 1 444.94 mln. manat təşkil edib. Bank I yarımili 5.8 mln. manat xalis mənfəətlə başa vurub.

Cari ilin aprel ayında Moody’s Investors Service Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsində təsdiqləyib və həmin reytinq üzrə proqnozu iki pillə yüksəldərək “Pozitiv” olaraq qiymətləndirmişdir.

Bankın məhsul, xidmətləri və kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün www.xalqbank.az saytına və yaxud 138 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

KİV Bank haqqında