XalqOnline mobil tətbiqi

Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Xəbərlər

20 Apr 2021

Xalq Bank ilin ilk rübünün yekunlarını açıqladı

2021-ci ilin 31 mart tarixinə olan maliyyə göstəricilərinə görə ASC “Xalq” Bankının cəmi aktivləri 2,130 mlrd manat təşkil etmişdir. Qeyd olunan tarixə Bankın müştərilərə verdiyi kreditlərinin həcmi 1,412 mlrd, depozit portfelinin həcmi isə 1,364 mlrd manat təşkil etmişdir.

Bank 2021-ci ilin ilk rübü ərzində 4,7 mln manat xalis mənfəət əldə edib. Bankın məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,45% (10,2 mln manat) artaraq 426,970 mln manat təşkil etmişdir.

Xalq Bank əsas maliyyə göstəricilərinə görə bank sektorunda öz mövqeyini qoruyur və ölkənin üç ən böyük özəl banklarından biridir.

Aprel ayının 14-də Moody’s Investors Service Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsində təsdiqləyib və həmin reytinq üzrə proqnozu iki pillə yüksəldərək “pozitiv” olaraq qiymətləndirmişdir.

Bankın məhsul, xidmətləri və kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün www.xalqbank.az saytına və yaxud 138 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

KİV Bank haqqında