Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Xəbərlər

19 Dec 2017

“Xalq Bank kartı ilə odəniş qazanclıdır” lotereyasının 33-cü tirajı keçirildi

Dekabr ayının 19-da "Xalq Bank kartı ilə ödəniş qazanclıdır!" lotereyasının 33-cü tirajı keçirildi. 33-cü tirajın qalibləri – son həftə ərzində 45 bilet toplayan Məmmədov Nüsrət Adil oğlu, 32 biletlə Bayramova Aynur Vaqif qızı və 21 biletlə Əsgərzadə Teymur Rafik oğlu Xalq Bank tərəfindən Cinema Plus kinoteatrlar şəbəkəsinə 2 nəfərlik dəvətnamə qazandılar. 

Məlumat üçün bildirmək istərdik ki, cari ilin may ayının 1-dən 2018-ci ilin yanvar ayının 10-dək davam edəcək lotereyada ən azı 10 manat (və ya xarici valyutada ekvivalenti) məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri lotereyanın iştirakçısına çevrilirlər. Ödəniş Xalq Bankın POS-terminallarında həyata keçirilərsə, 2 elektron bilet, digər bankların POS-terminallarında isə - 1 elektron biletə çevrilir. Elektron biletlərin sayı haqda məlumatı hər iştirakçı bankın http://www.xalqbank.az/az/online-services/orders/loto/ rəsmi internet səhifəsində ala bilər. 

Lotereyanın şərtlərinə görə hər həftə oynanılan tirajda həftə ərzində ən çox nağdsız ödəniş edən müştərilər “Cinema Plus” kinoteatrlarına biletlər, hər ay oynanılan tirajda isə lotereya proqramı vasitəsilə təsadüfi seçilmiş müştərilər “Sakit Göl” istirahət mərkəzinə 2 nəfərlik istirahət kuponu və xarici ölkəyə səyahət üçün 500 manat dəyərində hədiyyə kuponu qazanacaq. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Xalq Bankın bütün kartları iştirak edir.

Lotereyanın 34-cü tirajı dekabr ayının 26-sı keçiriləcək və bu tirajda "Cinema Plus" kinoteatrlarına biletlər oynanılacaq.

 

 

KİV Bank haqqında