Onlayn məsləhətçi
21 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları-2017” təqdimetmə mərasimi keçirilib. ABA-ya üzv təşkilatların və tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri, tərəfdaş KİV-lər və digər dəvətlilər iştirak edib.
Mükafatlandırma mərasimində 2017-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırıldığı qeyd edilib.
Assosiasiya bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək ASC “Xalq” Bankını “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə mükafatlandırıb.