Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Xəbərlər

21 Mar 2020

Xalq Bankın əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat köçürdü

Azərbaycanın ən böyük özəl banklarından biri olan Xalq Bankın kollektivi bəşəriyyət üçün böyük təhlükə yaradan COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

Xalq Bankın əməkdaşları koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat vəsait toplayıblar.

Xalq Bank yarandığı gündən öz fəaliyyətində korporativ sosial məhsuliyyət prinsiplərini rəhbər tutaraq cəmiyyətə faydalı olmağı, iqtisadiyyata dəstək verməyi, ölkə əhalisinin maraqlarını və xalqımızın ali dəyərlərini qorumağı özünə borc sayır.

Bu mürəkkəb günlərdə Xalq Bank internet bankçılıq sistemi vasitəsi ilə müştərilərə fasiləsiz olaraq bank xidmətlərini təqdim etməkdə davam edir.  

KİV Bank haqqında