Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Xəbərlər

25 Dec 2017

Xalq Bankın MC kart sahibləri Bravo-da hədiyyə qazanacaqlar

Cari il dekabr ayının 25-dən 15 yanvar 2018-ci il tarixədək Bravo supermarketlər şəbəkəsində Xalq Bankın MasterCard plastik kartlarının sahibləri 40 manat məbləğində alış-veriş etməklə, yerində dərhal hədiyyə qazanacaqlar. Bunun üçün ödəniş qəbzini Müştəri Xidmətləri masasına təqdim etmək lazımdır.

Kampaniya aşağıdakı mağazalarda keçərlidir:

  • Bravo Supermarket – F. Xoyski 14, Gənclik Mall, -1 mərtəbə;
  • Bravo Hipermarket 1 – Əhmədli qəs., R. Quliyev 4 (keçmiş Radiozavod);
  • Bravo Hipermarket 2 – 20 Yanvar metro stansiyasının yaxınlığı.

Xalq Bank 2011-ci ildən MasterCard beynəlxalq ödəniş sisteminin prinsipial üzvüdür. MC DebitMC StandardMC Business və MC Gold kartları Xalq Bankın istənilən filialında pulsuz təqdim edilir. World MasterCard Black Edition kartını əldə etmək üçün bankın "Baş", "Mərkəz" və ya "Sahil" filiallarına müraciət etmək lazımdır. 

Xalq Bankın kartları haqda ətraflı məlumatı 138 Məlumat Mərkəzinə zəng edib əldə etmək olar.

 

KİV Bank haqqında