Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Xəbərlər

6 Dec 2017

Xalq Bank “Nyu-Yorka səyahət” aksiyasının 7-ci turunun qaliblərini elan etdi

Xalq Bankda cari il may ayının 1-dən dekabrın 31-dək seçilmiş bank əməliyyatları yerinə yetirən müştərilər, eləcə də Bankın tərəfdaş ticarət məntəqələrində Xalq Bankın POS-terminalları vasitəsi ilə ödəniş edən hər kəs Nyu-Yorka aviabilet qazanmaq şansı əldə edir.

Müştərilər Xalq Bankın filiallarında təcili pul köçürmələri, kommunal və digər ödənişlər, depozit seyfləri, fərdi bank hesabları üzrə əməliyyatlara görə, eləcə də, emitent bankdan asılı olmayaraq, tərəfdaş ticarət məntəqələrində bankın POS-terminalları ilə ödəniş edən bütün kart sahibləri Bakcell mobil nömrələrinə 40 dəqiqəyədək danışıq balansı və aksiya xalları qazanırlar. Ay ərzində toplanan xalların sayına görə on lider müştəri dəyərli hədiyyələrə sahiblənir. Dörd ayın nəticəsinə görə ən çox xal qazanan müştəri isə Bakı-Nyu-York-Bakı aviabileti qazanır. İştirakçı XAL sözünü 5555 qısa nömrəsinə göndərdikdə aksiya xalları haqda məlumatın qeyd olunduğu SMS ala bilər. SMS xidməti pulsuzdur.

6 dekabr tarixdə "Nyu-Yorka səyahət" aksiyasının 7-ci turu keçirildi və qaliblər müəyyən olundu.

Qalib

Hədiyyə

Xal

Seyidov Yusif Mahir oğlu

Avtomobil üçün yağdəyişmə kuponu – Azpetrol yanacaqdoldurma məntəqəsində

603

Xudaverdiyev Emin David oğlu

"Sakitgöl Otel" Şamaxıda 3 günlük, 2 nəfərlik istirahət kuponu

565

Şikarzadə CAvid Bulud oğlu

"Sabina" P&C Şirkətindən 50 AZN-lik hədiyyə kuponu

392

Səlimov Bəxtiyar Kərim oğlu

"Fleuriste" Gül dükanından 50 AZN-lik hədiyyə kuponu

245

Qurbanova Arifə İlqar qızı

"Nisa Beauty" Şirkətindən 50 AZN-lik hədiyyə kuponu

220

Alıyev Rizvan İsmayıl oğlu

"Domino's Pizza" Restoranından 30 AZN-lik hədiyyə kuponu

210

Ədilova Sevda Bilal qızı

"Ronnefeldt" Çay köşkündən 30 AZN-lik hədiyyə kuponu

205

Əmirova Könül Əziz qızı

“Termos, bıçaq, fənər” dəsti

170

Cəfərov Ağaxan Ramiz oğlu

“Selfi çubuğu, Parker qələm, Fotoatlas” dəsti

145

Məmmədov Bəhram Məmmədşah oğlu

Azpetrol Şirkətindən 30 litrlik Elektron Yanacaq Talonu

110

 

Aksiyaya texniki dəstək Bakcell Ulduzum proqramı tərəfindən, turizm dəstəyi Qatar Airways şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təmin edilir. Aksiya haqda daha ətraflı məlumatı və tərəfdaş ticarət məntəqələrinin siyahısını www.xalqbank.az/aksiya internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək mümkündür.

KİV Bank haqqında