XalqOnline mobil tətbiqi

Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Xəbərlər

9 Sep 2021

XalqOnline biznes üçün ölkənin ən yaxşı mobil tətbiqi seçildi

SME Banking Club (Ukrayna) agentliyi Azərbaycan banklarının mobil tətbiqlərinin biznes üçün imkan və funksionallığına dair geniş araşdırma keçirib. Azərbaycan banklarının korporativ seqmentinə xidmət göstərən mobil bankların reytinqində Xalq Bankın XalqOnline mobil bank tətbiqi birinci yerə layiq görülüb. Agentlik bu haqda Azərbaycanda biznesə xidmət göstərən mobil bankçılığın inkişafına həsr olunmuş «Mobile Business Banking 2021» xüsusi buraxılışında məlumat verir.

Araşdırmada ölkənin aparıcı bankları arasında korporativ müştərilər üçün mobil bank platformasına malik altı aparıcı bankın mobil tətbiqi iştirak edib. Mütəxəssislər mobil bankı biznes üçün maksimum imkanları əks etdirən əsas funksiyalarını - qeydiyyat prosesi, əmanətlər, ana səhifə, maliyyə, hesab və çıxarışlar, digər sistemlərlə inteqrasiya, ödənişlər, təhlükəsizlik, valyuta əməliyyatları, kartlar, dəstək və kommunikasiya kanalları üzrə 130 meyar əsasında qiymətləndiriblər.

SME Banking Club - 25-dən çox ölkədə fəaliyyət göstərən orta və kiçik biznesi banklarla əlaqələndirən peşəkar şəbəkə, biznes bankçılıq (kredit təhlili, risklərin idarəedilməsi, məhsulların inkişaf etdirməsi, marketinq və satış) sahəsində böyük təcrübəyə malik bank konsaltinq mərkəzidir.

XalqOnline Xalq Bankın vahid platforma daxilində fərdi və korporativ müştərilərə xidmət göstərən internet və mobil bank sistemidir. Layihə 2019-cu ildə Xalq Bank tərəfindən texnoloji tərəfdaşı olan LWO International (Belarus) şirkəti ilə birgə həyata keçirilib.

KİV Bank haqqında