Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

İş saatlarımız: Bazar ertəsi - Cümə, 09:00-18:00

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Real hekayələr

Müştəriyə “İndi Siz Xalq Bankın bankomatlarından bir dəfəyə 1000 manatadək məbləğdə pul çıxara bilərsiz” məzmunlu SMS gəlib. Müştəri Məlumat Mərkəzinə zəng vuraraq əsəbi formada söyləyir: ”Xanım, Siz mənə SMS göndərdiniz ki, mən bankomatdan 1000 manat çıxara bilərəm. Bankomatda kartımı yoxladım, balans olduğu kimi qalıb. Mənim balansıma 1000 manat niyə əlavə olunmayıb?!”

 

İpoteka krediti ilə maraqlanan bir gənc oğlan: ”Xanım, mən bir xanımı sevirəm, onunla ailə qurmaq istəyirəm. Məni başa salın görüm, nə səbəbdən mən bu faktorlara əsasən güzəştli kateqoriyaya aid olunmuram ki, ipotekanı illik 4% ilə alım?”

 

Çox əsəbi formada bir gənc oğlan zəng vuraraq bildirir: ”Xanım, Siz mənə ipoteka kreditini ilkin ödənişsiz vermədiyinizə görə mən ev ala bilmədim və sevdiyim qız mənimlə ailə qurmadı”.

 

Yaşlı bir xanım 513 8..... nömrəsinə zəng vurur. Nömrənin birinci rəqəmi - 5 səhv olduğuna görə o, 138 nömrəsinə düşür. Operator dəstəyi qaldırdıqdan sonra , xanım nəzərdə tutduğu nömrəni axıra kimi yığa bilmir və çox əsəbi formada operatora bildirir :”Ay qız, niyə mən nömrəni axıra kimi yığmamış sən dəstəyi qaldırırsan? Mən sənə zəng vurmuram, imkan ver nömrəni axıra kimi yığım!”

 

-Xanım, ipoteka krediti götürmək üçün neçə faiz ilkin ödəniş etmək lazımdı?
-30%
-İlkin ödənişi həyata keçirməsəm mümkün deyil?
-Xeyr. İlkin ödəniş mütləq şəkildə həyata keçməlidi.
-Xanım, gəlin belə edək. Siz mənə krediti verəndə 30% daha çox verin ki, mən həmin vəsaitdən 30% Sizə ilkin ödəniş edim.

 

Müştəri zəng vurub bildirir ki, ona kreditin ödənilməməsi ilə bağlı SMS gəlib. Lakin onun Xalq Bankda krediti yoxdu. Məsələyə aydınlıq gətirmək üçün müştəri SMS-i oxuyur ”Sizin kreditinizin ödəniş günüdür.Sizin hesab nömrəniz: 138.............Müştəriyə hesab nömrəsinin nə olduğu izah olunur və bildirilir ki, o, öz hesab nömrəsinə zəng vura bilməz, deməli gələn SMS digər Bankdan göndərilib.