- Bankın Nizamnaməsini qəbul etmək, ona əlavə və dəyişikliklər etmək;
- Bankın yenidən təşkili və ya ləğvi barədə qərarlar qəbul etmək;
- Bankın Müşahidə Şurası, İdarə Heyəti və Audit Komitəsinin üzvlərini təyin və azad etmək, bu orqanların əsasnamələrini təsdiq etmək;
- Bankın Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin qəbul etdiyi qararlara veto qoymaq;
- Bankın inzibatçılarının işə götürülməsi müddətlərini, onların əməkhaqqı və mükafatlandırılması, habelə qüvvədə olan qanunvericiliyə əsasən əmək məsuliyyətinə cəlb edilməsi haqqında qərarlar qəbul etmək;
- Müşahidə Şurasının üzvlərinin səlahiyyətləri istisna olmaqla, Bankın inzibatçılarının Bank adından və Bank hesabına öhdəliklər qəbul etmək səlahiyyətlərini və həmin səlahiyyətlərin Bankın digər əməkdaşlarına verilməsi hüququnun hədlərini müəyyənləşdirmək;
- Bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin hesabatlarını almaq və onların fəaliyyətinə qiymət vermək, hesabatlarını təsdiq etmək;
- Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvünün özünün və ailə üzvlərinin birbaşa və ya dolayısı ilə malik ola bildiyi mühüm kommersiya maraqlarını Bankın İdarə Heyəti və Müşahidə Şurası qarşısında açıqlaması haqqında qaydaları və həmin qaydalara dəyişiklik və əlavələri qəbul etmək;
- Bankın törəmə müəssisələrini, habelə bank holdinq şirkətini yaratmaq və fəaliyyətlərinə xitam vermək, başqa bankın satınalınması barədə qərarlar qəbul etmək;
- Digər hüquqi şəxslərin kapitalında Bankın iştirakı barədə qərarlar qəbul etmək;
- Bankın nizamnamə kapitalının 50 % artıq məbləğdə Bank adından müvafiq əqdlərin bağlanmasına icazə vermək;
- Bankın satılması, başqa banka birləşməsi, yenidən təşkili və ləğvi barəsində qərarlar qəbul etmək, ləğv komissiyasını təyin etmək;
- Nizamnamə kapitalının artırılması və azaldılması barədə qərarlar qəbul etmək, bank səhmlərinin buraxılması müddətlərini və şərtlərini müəyyənləşdirmək, habelə Bankda mühüm iştirak payının əldə edilməsinə razılıq vermək;
- Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesabatını təsdiq etmək, habelə maliyyə ili başa çatdıqdan sonra əldə edilmiş xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərar qəbul etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyinı müvafiq olaraq digər məsələləri həll etmək.