XalqOnline

Dili dəyiş

az

Kənar auditorun seçilməsi

Kənar auditorun seçilməsi haqqında

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş qaydalara əsasən və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) müvafiq olaraq maliyyə hesabatının auditini aparmaq üçün ASC “Xalq” Bankı (bundan sonra – “Bank”) aşağıdakı prosedurları həyata keçirir:

  • Kənar auditorun seçilməsi və onun xidmət haqqının müəyyənləşdirilməsi;
  • Auditin aparılması haqqında kənar auditorla müqavilənin bağlanması və bu barədə auditin əhatə etdiyi ilin noyabr ayının 15-dək Azərbaycan Respublikasının Mərkəzi Bankının məlumatlandırılması;
  • Kənar auditor tərəfindən Beynəlxalq Audit Standartlarına əsasən tərtib olunmuş “Məktub-öhdəliyi”nin alınmasının təsdiqlənməsi;
  • Auditdən sonra kənar auditordan alınmış “Auditor hesabatı”nın və “Rəhbərliyə hesabat”ın Bankın maliyyə hesabatı ilə birlikdə təsdiq edilməsi;
  • Bank tərəfindən hesabat ilinin bitməsindən sonrakı 5 (beş) ay müddətində, lakin “Auditor hesabatı”nın imzalandığı tarixdən 3 iş günündən gec olmayaraq Azərbaycan Respublikası Mərkəzi Bankına maliyyə hesabatının surətini “Auditor hesabatı”nın və “Rəhbərliyə hesabat”ının surətləri ilə birlikdə göndərilməsi.

Auditor şirkətini seçərkən, Bankın Audit Komitəsi auditor şirkəti haqqında olan aşağıdakı məlumatın hərtərəfli təhlilini həyata keçirir:

  • Auditor xidmətinin göstərilməsi üçün lisenziya;
  • Auditorun müstəqilliyini təsdiqləyən bəyannamə;
  • BMHS bilməsi və bankların və digər maliyyə institutlarının auditinin aparılması sahəsində təcrübəsi;
  • Azərbaycan Respublikasında və beynəlxalq bazarlarda iş təcrübəsi;
  • Audit şirkətinin nüfuzu və onun müştərilərinin şirkətin işi barədə rəyləri;
  • Kənar auditorun mütəxəssislərinin peşəkarlıq səviyyəsi;
  • Şirkətin təklif etdiyi auditin şərtləri.

Hal-hazırda Bankın kənar auditoru «Baltic Caspian Audit» şirkətidir. «Baltic Caspian Audit» şirkəti 2008-ci ilin iyul ayında yaradılmışdır və audit və məsləhət xidmətlərinin təqdim olunması ilə məşğul olur.

2008-ci ildə şirkətə Azərbaycan Respublikasında audit fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 031603 saylı lisenziya verilmişdir. Şirkətin təsisçiləri Estoniya Respublikasının “Donoway Assurance Ltd” (Crowe Horwath International üzvü) şirkəti və Latviya Respublikasının “Baltic Caspian Alliance” şirkətidir.