Bankın Müşahidə Şurasının səlahiyyətlərinə aşağıdakılar aiddir:
-
Bankın Daxili Reqlamentini qəbul etmək, ona əlavə və dəyişikliklər etmək;
-
Bankın faiz dərəcələri, aktivlərin yerləşdirilməsi və kateqoriyaları barəsində siyasətini, habelə bankın ümumi maliyyə, uçot, inzibati və kadr siyasətini müəyyənləşdirmək;
-
Bankın fəaliyyətinin əsas istiqamətlərini və inkişaf strategiyasını müəyyənləşdirmək, Bankın biznes planını təsdiq etmək;
-
Bankın təşkilati strukturunu müəyyənləşdirmək;
-
Bankın filiallarını, şöbələrini və nümayəndəliklərini yaratmaq və fəaliyyətlərinə xitam vermək, onların əsasnamələrini təsdiq etmək;
-
Növbəti və tələb olunduğu hallarda, növbədənkənar auditin keçirilməsi barədə qərar qəbul etmək və bu məqsədlə kənar auditoru təyin etmək;
-
Bankın büdcəsini qəbul və təsdiq etmək;
-
Bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən, Bankın İdarə Heyətindən hesabat almaq;
-
Səhmdarların Ümumi yığıncağı, Audit Komitəsi və İdarə Heyəti üçün tövsiyələr vermək;
-
Səhmdarların Ümumi yığıncağının hər bir iclasını bildirişlər göndərmək yolu ilə çağırmaq və səhmdarların, habelə Audit Komitəsinin və İdarə Heyətinin tələbi ilə və onların gündəliyi üzrə keçirilən növbədənkənar iclaslar istisna olmaqla, hər bir iclasın gündəliyini qəbul etmək;
-
Bank tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə, bu pozuntu barəsində Səhmdarların Ümumi yığıncağını, Audit Komitəsini və İdarə Heyətini xəbərdar etmək, Milli Banka isə bank qanunvericiliyinin pozulması faktları barədə bildiriş göndərmək;
-
Azərbaycan Respublikasında mövcud olan bank qanunvericiliyinə müvafiq olaraq İdarə Heyəti üzvlərini vəzifədən kənarlaşdırmaq, Səhmdarların Ümumi yğıncağında təsdiq edilənədək onları müvəqqəti olaraq “Banklar haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə cavab verən başqa şəxslərlə əvəz etmək;
-
Bank ilə İdarə Heyətinin bir və ya bir neçə üzvü arasında mənafelər toqquşması olduğu hallarda qabaqcadan Azərbaycan Respublikası Mərkəzi Bankına əsasları göstərməklə yazılı bildiriş göndərmək və Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasını çağırmaq şərti ilə Bankı idarə və təmsil etmək;
-
Azərbaycan Mərkəzi Bankının normativ aktlarında nəzərdə tutulan hallarda, Bankın etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları və daxili əsasnamələri qəbul etmək; - Bankdaxili komitələri formalaşdırmaq və onların əsasnamələrini təsdiq etmək;
-
Bankın kapital ehtiyatlarının yaradılması haqqında qərar qəbul etmək;
-
Bankdaxili siyasətləri təsdiq etmək;
-
Bankın nizamnamə kapitalının 50 faizindən artıq olmayan məbləğdə Bank adından müvafiq əqdlərin bağlanması qaydalarını təsdiq etmək;
-
Banka aidiyyatı şəxslər və aidiyyatı şəxs adından hərəkət edən şəxslər ilə əqdlər bağlanmasını təsdiq etmək;
-
Bankın fəaliyyətinin komlpeks və ya ayrı-ayrı sahələrinin yoxlanması barədə qərar qəbul etmək və Audit Komitəsi qarşısında vəsatətlə çıxış etmək;
-
Kənar və daxili auditorların, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının yoxlamalarının nəticələrini nəzərdən keçirmək və bu yoxlamaların yekunlarına dair tədbirlər görmək;
-
Bankın fəaliyyətinə aid olan məsələlər barədə öz səlahiyyətləri çərçivəsində qərarlar qəbul etmək;
-
Azərbaycan Respublikasının bank qanunvericiliyi ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.