Xalq Bankın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsinin 26-cı nəşri XIX əsrin görkəmli rəssamı, Azərbaycanın dəzgah boyakarlığının banisi, Mirzə Qədim İrəvaniyə həsr olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd olunması ilə əlaqədar ölkəmizdə müxtəlif yubiley tədbirləri keçirilir.
M.Q.İrəvaninin həyat və yaradıcılığından bəhs edən bədii albom Azərbaycan, ingilis və rus dillərində hazırlanaraq nəfis tərtibatda nəşr edilmişdir.