XalqOnline

Dili dəyiş

az

Vəcihə Səmədova

Vəcihə Səmədova

Görkəmli Azərbyacan rəssamı, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədova 1924-cü ildə Bakı şəhərində doğulmuşdur. O, 1934-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsilini bitirdikdən sonra V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsinə - tanınmış rus rəssamı P.Korinin emalatxanasına daxil olur. Aspiranturanı bitirdikdən sonra oxuduğu istitutda dərs demək təklifi alan Vəcihə Səmədova vətənə qayıtmağı üstün tutaraq müstəqil yaradıcılığa başlayır.

V.Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərində Azərbaycanı qarış-qarış gəzmiş və vətənin əsrarəngiz gözəlliyini, həmvətənlərinin həyat və məişətini, əmək və qayğılarını əsərlərində ustalıqla təsvir etmişdir.

Vəcihə Səmədova eyni zamanda əvvəllər təhsil aldığı rəssamlıq texnikumunda pedaqoji fəaliyyət göstərirdi. İstedadlı gənclərə sənətin sirlərini öyrədir, onların zövqünü formalaşdırır, öz təcrübəsi ilə bölüşürdü.

Qısa ömür yoluna baxmayaraq fitri istedada malik olan Vəcihə Səmədovanın yaradıcılığı zəngin və çoxşaxəlidir. Bakıda, Moskvada, Sofiyada dəfələrlə fərdi sərgiləri təşkil olunmuş və böyük uğur qazanmışdır. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində layiqli yer tutmasına səbəb olub.

Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu 1965-ci ildən Azərbaycanın Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın adını daşıyır.