XalqOnline

Dili dəyiş

az

Xalidə Səfərova və Mahmud Tağıyev

Xalidə Səfərova və Mahmud Tağıyev

Xalqımızın əsrlər boyu yaratdığı mədəni dəyərlərinin, onun söz, musiqi, sənət irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi hər bir azərbaycanlı üçün böyük əhəmiyyət kəsb edir. Xalq Bankın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsinin məqsədi də bu irsin yaşadılması, əsrlərin yaddaşına həkk olunan əmanətin gələcək nəsillərə ötürülməsidir.

“Xalq Əmanəti” seriyasının beşinci nəşri Azərbaycanın görkəmli rəssamları Xalidə Səfərova (1926-2005) və Mahmud Tağıyevin (1923-2001) həyat və yaradıcılığına həsr olunub.

Rəssamların müraciət etdiyi motiv və mövzuların bütün oxşarlıqlarına baxmayaraq, yaratdıqları əsərlər bədii forma və plastik həll baxımından tam fərqlidir. Əgər Mahmud Tağıyevin əsərlərinə monumental miqyaslılıq xasdırsa və onlarda epik düşüncəyə meyllilik vardırsa, Xalidə Səfərova təbiətin, dünyanın gözəlliyinin incə duyumu ilə yanaşı müasir dövrün döyünən ritmini ötürməyə can atırdı.