4 Mart 2025
8 Marta özəl kampaniya
Xalq Bank 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə dəyərli xanım müştərilərini xüsusi hədiyyə ilə sevindirir. Bu bayram ərəfəsində Bank kampaniya daxilində 1 illik Visa Platinum kartını xanımlara pulsuz təqdim edir. Kampaniyaya ayrılmış kart sayı məhduddur.
Visa Platinum kartı vasitəsilə dünyanın istənilən nöqtəsində müxtəlif xidmətlərdən yararlanmaq, o cümlədən vəsait nağdlaşdırmaq, onlayn alış-veriş etmək və Apple Pay/Google Pay xidməti ilə ödənişlər aparmaq mümkündür. Visa Platinum kartı ilə səyahət zamanı 24/7 peşəkar Visa konsyerj servisi, müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, hava limanlarında pulsuz sürətli keçid (Fast Track), sürücü xidməti, rouminqdə pulsuz internet, Heydər Əliyev Beynəlxalq Aeroportu, Türkiyə və BƏƏ-nin müxtəlif hava limanlarında pulsuz transfer xidmətindən istifadə etmək olar.
Kartı https://cardorder.xalqbank.az// səhifəsinə keçid edərək xb8mart promokodu ilə onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.