XalqOnline

Dili dəyiş

az

13 İyun 2024

Kasko və səyahət sığortası üzrə kampaniya

 

01 sentyabr tarixədək Xalq Sığortadan KASKO sığortası əldə edən müştərilər Xalq Bankın 3 illik XalqKart Petrol və ya XalqKart Cashback kartını pulsuz əldə edəcək.

XalqKart Petrol kartı ilə müştərilər nağdsız ödənişlərdən 3% bonus qazanıb, toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır.

Bununla yanaşı, 31 iyuladək səyahət sığortasını Xalq Sığortadan alan hər kəs Xalq Bankdan 1 illik  Visa Platinum kartını hədiyyə olaraq qazanacaq. 

Visa Platinum kartı dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla yararlanma imkanı təqdim edir. Kartla səfər zamanı 24/7 peşəkar Visa konsyerj servisi, LoungeKey proqramı çərçivəsində müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, hava limanlarında pulsuz sürətli keçid (Fast Track), müxtəlif ölkələrə viza alınması dəstəyi və havalimanlarına pulsuz transfer xidmətindən yararlanmaq mümkündür.

Qeyd edək ki, kampaniyaya ayrılmış kart sayı məhduddur.