6 Aprel 2026
Xalq Bank 5 nominasiya üzrə mükafata layiq görüldü
Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il təşkil olunan “Bankçılıq Mükafatları” çərçivəsində qaliblər müəyyən edilib. Xalq Bankın 2025-ci il ərzində müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyəti ABA tərəfindən 5 nominasiyada mükafatla qiymətləndirilib:
- "Maliyyə savadlılığı dəstəkçisi”;
- "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”;
- "Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”;
- "Təhsil dəstəkçisi”;
- "Korporativ Sosial Məsuliyyət”.
Ötən il Xalq Bank 2024-2026-cı illər üzrə Strategiyasının icrasını davam etdirərək qeyd edilmiş istiqamətlərdə təqdim etdiyi layihələr və təşəbbüslərlə yadda qalıb.